İstirahət gününün hava proqnozu

İstirahət gününün hava proqnozu

İstirahət gününün hava proqnozu

person access_time 1 ay əvvəl
thumb_up 323 thumb_down 5 visibility2423

Oktyabrın 20-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.

Gündüz dəyişkən buludlu, əsasən yağmursuz. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 21-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti təşkil edəcək.

Xəbərlər

Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir:...

access_time1 saat əvvəl
Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir:...

access_time1 saat əvvəl
Baş nazirdən yeni - TƏYİNAT

Baş nazirdən yeni - ...

access_time2 saat əvvəl
zoom_in zoom_out