Kiyevdə azərbaycanlı həmyerlisini öldürdü

Kiyevdə azərbaycanlı həmyerlisini öldürdü

Kiyevdə azərbaycanlı həmyerlisini öldürdü

person access_time 7 ay əvvəl
thumb_up 322 thumb_down 5 visibility2629

Kiyevdə 23 yaşlı Azərbaycan vətəndaşı həmyerlisini bıçaqlayaraq öldürüb.

Hürriyət Azərbaycan xəbər verir ki, bununla bağlı Kiyev prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, hadisədən sonra o, cəsədi yandırmaq istəsə də, buna nail olmayıb. 

Bina sakinləri evdən kəskin qoxu gəldiyi üçün polisə müraciət edib. Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları qan izləri aşkarlayıblar. 

Araşdırma zamanı məlum olub ki, öldürülən şəxs 22 yaşlı Azərbaycan vətəndaşıdır. Bundan başqa, onun üç gün əvvəl qətlə yetirildiyi aydınlaşıb. 

Hadisədə şübhəli bilinən şəxs müşahidə kameraları vasitəsilə müəyyənləşib. 

Həmçinin, qeyd edilib ki, o, cəsədi yandırmaq üçün mənzilə benzin də gətirib, ancaq istəyini reallaşdıra bilməyib. 

Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.

Hadisəni törədən azərbaycanlını yeddi ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Oxu.Az

Xəbərlər

39 nəfərin həlak olmasına səbəb olan matç – “Eyzel faciəsi”nin 35 ili tamam oldu

39 nəfərin həlak olm...

access_time1 saat əvvəl
Azərbaycan koronavirus dövründə nə qədər turist itirib? - AÇIQLAMA

Azərbaycan koronavir...

access_time2 saat əvvəl
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur - RƏSMİ

Azərbaycanda restora...

access_time20 saat əvvəl
zoom_in zoom_out