Futbol millimiz ərəblərlə üçüncü matçına çıxır

Futbol millimiz ərəblərlə üçüncü matçına çıxır

Futbol millimiz ərəblərlə üçüncü matçına çıxır

person access_time 4 ay əvvəl
thumb_up 543 thumb_down 9 visibility2483

Bu gün futbol millimiz növbəti oyununu keçirəcək.

Hürriyət Azərbaycan xəbər verir ki, millimiz özündən reytinqdə dörd pillə öndə olan Bəhreynlə yoldaşlıq oyununa çıxacaq.

Manamada keçiriləcək görüş üçün millimizin otel və qidalanma xərcləri ərəblər tərəfindən qarşılanıb. 2008-ci ildə Manamada 2:1 və 2012-ci ildə Bakıda 3:0 qalib gəldiyimiz bu rəqiblə oyuna yığmamız itkilərlə çıxacaq.

Belə ki, komandamızın kapitanı Maksim Medvedev, müdafiəçi Anton Krivotsyuk və yarımmüdafiəçi Dmitri Nəzərov Macarıstanla seçmə mərhələ oyununu cəza səbəbindən buraxdığından, bu səfərə də aparılmayıblar. Bundan başqa, qapıçımız Səlahət Ağayevlə hücumçumuz Mahir Emreli də zədəli olduğundan, heyətdən çıxarılıblar.

Qeyd edək ki, Bəhreyn Milli Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçın baş hakimi omanlı Əhməd Əbubəkr Əl-Kaf olacaq.Oxu.Az

Xəbərlər

Konor Makqreqor formasında tort hazırladı və məşhur oldu

Konor Makqreqor form...

access_time34 dəqiqə əvvəl
Sərbəst güləş millimiz Avropa ikincisi oldu

Sərbəst güləş millim...

access_time35 dəqiqə əvvəl
Rusiyalı idmançıların Olimpiya medalları əlindən alındı

Rusiyalı idmançıları...

access_time1 gün əvvəl
zoom_in zoom_out