ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ

ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ

ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ

person access_time 1 həftə əvvəl
thumb_up 543 thumb_down 7 visibility2412

ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-ci ilin “Greencard” viza proqramı ilə bağlı saxtakarlıqların edilməsi barədə xəbərdarlıq yayıb.

Hürriyət Azərbaycan-ın xəbərinə görə, səfirlik bildirib ki, “Greencard” ərizəçilərinə saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.

“Bu cür saxta elektron poçt və məktubların müəllifləri “Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək istəyirlər. Bunun üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər”, - deyə səfirliyin müraciətində qeyd olunub.

Bildirilib ki, bundan əlavə, yerli viza təşkilatları, “Greencard” proqramına daxil etmək məqsədi ilə şəxsi məlumatları vermək üçün müraciət edə bilərlər. Səfirlik bəyan edib ki, bu təşkilatlar yalnız öz maraqlarını güdür:

“ABŞ səfirliyi heç bir yerli “Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir”.  

ABŞ səfriliyi vurğulayıb ki, “Greencard” qazanmaq istəyənlər yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə, heç kimə ödəniş ödəmədən ərizələrini göndərə bilərlər.Oxu.Az

Xəbərlər

Etna vulkanı püskürdü

Etna vulkanı püskürd...

access_time23 saat əvvəl
Sərnişin təyyarəsi təcili eniş etdi: Ölən var

Sərnişin təyyarəsi t...

access_time1 gün əvvəl
Nəhəng asteroid yer kürəsinə yaxınlaşır

Nəhəng asteroid yer ...

access_time1 gün əvvəl
zoom_in zoom_out