Xidmət rəisi viza rejiminin ləğvindən danışdı

Xidmət rəisi viza rejiminin ləğvindən danışdı

Xidmət rəisi viza rejiminin ləğvindən danışdı

person access_time 1 ay əvvəl
thumb_up 438 thumb_down 1 visibility4941

Sentyabr 1-dən başlayaraq, Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunub. Türkiyə vətəndaşlarına tətbiq olunan viza sadələşdirilmiş, hava limanında əldə edilən viza idi. Amma artıq ona sərf edilən 5-10 dəqiqəlik hansısa bir bürokratik maneə də aradan götürülür.

Hürriyət Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşları rahat şəkildə ölkəmizin bütün sərhəd-nəzarət buraxılış məntəqələrindən keçə bilərlər:

“Təbii ki, viza rejimin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir. Bu razılaşmaya əsasən, 30 gün müddətində Türkiyə vətəndaşları ölkəmizdə ola bilərlər. Həmçinin, qeyd edim ki, viza ilə bağlı tələb olanda ölkəyə səfər zamanı bəyan edilmiş məqsəd bizim miqrasiya qanunvericiliyi ilə müəyyən edilir. Ancaq vizasız qaydada tətbiq olunan bütün maneələr aradan götürülüb”.

V.Hüseynov qeyd edib ki, viza rejiminin ləğvində miqrasiya sahəsində heç bir problemli məqam yoxdur:

“Dövlətimizin aidiyyəti orqanlarının da vəzifələri ondan ibarətdir ki, hər hansı narahatlıq yaradan məqam olsa, bunun qarşısı alınsın. Bu gün üçün hər şey qaydasındadır”.Oxu.Az

Xəbərlər

“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti bərpa olundu

“28 May”, “Cəfər Cab...

access_time22 saat əvvəl
DİN əməliyyat keçirdi: 31 nəfər saxlanıldı

DİN əməliyyat keçird...

access_time22 saat əvvəl
İstirahət gününün hava proqnozu

İstirahət gününün ha...

access_time1 gün əvvəl
zoom_in zoom_out