Bu ölkədə 205 yaşayış məntəqəsi işıqsız qaldı

Bu ölkədə 205 yaşayış məntəqəsi işıqsız qaldı

Bu ölkədə 205 yaşayış məntəqəsi işıqsız qaldı

person access_time 2 gün əvvəl
thumb_up 546 thumb_down 12 visibility3500

Ukraynanın 5 bölgəsində 200-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.

Hürriyət Azərbaycan   xarici mətbuata istinadən xəbər verir ki, buna ölkədə müşahidə edilən kəskin hava şəraiti səbəb olub.

Verilən məlumatda bildirilir ki, avqustun 13-dən 14-nə keçən gecə hava şəraitinin kəskinləşməsi –  şimşək çaxması, küləyin əsməsi, yağış və dolu yağması nəticəsində beş bölgədə 205 yaşayış məntəqəsinin elektrik təchizatında problem yaranıb.

Xüsusilə, kəskin hava şəraiti Çernikovski vilayətinin elektrik təchizatına ziyan vurub. Burada 105 yaşayış məntəqəsi işıqsız qalıb. Lvovda 40, Çernovitsdə 26, Kiyevdə 24 və Jitomirdə isə 10 yaşayış məntəqəsində də işıq kəsilib.

Güclü külək və dolu elektrik dirəklərini aşırmaqla yanaşı, evlərin dam örtüklərini də dağıdıb. Xəsarət alan olmayıb.

Hazırda həmin ərazilərdə elektrik verilişinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülür.

Xəbərlər

Nazirlikdən vahid məktəbli forması ilə bağlı AÇIQLAMA

Nazirlikdən vahid mə...

access_time19 dəqiqə əvvəl
Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti...

access_time1 saat əvvəl
İkimərtəbəli yaşayış binasında yanğın

İkimərtəbəli yaşayış...

access_time1 saat əvvəl
zoom_in zoom_out