Çempionlar Liqası: “Qarabağ” APOEL klubu ilə qarşılaşır - YENİLƏNDİ

Çempionlar Liqası: “Qarabağ” APOEL klubu ilə qarşılaşır - YENİLƏNDİ

Çempionlar Liqası: “Qarabağ” APOEL klubu ilə qarşılaşır - YENİLƏNDİ

person access_time 3 gün əvvəl
thumb_up 546 thumb_down 10 visibility4417

Avqustun 13-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunu başa çatıb.

Görüş qonaqların 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyətə baxmayaraq, “Qarabağ” avrokuboklarda mübarizəsini davam etdirir. Belə ki, UEFA-nın reqlametinə əsasən “Qarabağ” UEFA Avropa Liqasının play-off mərhələsində yolunu davam etdirəcək.

Qurban Qurbanovun yetirmələri UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.

***

“Qarabağ” və Kipr APOEL-i arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə növbəti qol vurulub. 

68-ci dəqiqədə Uroş Matiç uzaqdan zərbə ilə fərqi artırıb.

Hazırda APOEL öndədir – 2:0.

***

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunun birinci hissəsi başa çatıb.

Birinci hissədə Ağdam təmsilçiləri 1:0 hesabı ilə məğlub olub.

***

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşır.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 2:1

Baş hakim: Daniel Siebert (Almaniya)

“Qarabağ”: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.

APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorqos Merkis, 44. Nkolas İoannou, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç

***

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

Meydan sahibi APOEL-in heyətində isə meydana Belec, Gentsoğlou, De Vincenti, Suleiman, Matiç, Pavloviç, Vouros,Merkis, N.Loannou, Jakolsš və Mihajloviç çıxıblar.

Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibertdi. Ona Yan Sedel və Lasse Koslovski kömək edirlər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirir. Matçın hakim-inspektoru Yorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviçdi (Bosniya və Herseqovina).

***

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”-APOEL komandaları arasında avqustun 13-də keçiriləcək qarşılaşma üçün start heyətlər açıqlanıb.

Hürriyət Azərbaycan  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir???? Mahir Emreli və Xayme Romeo yer alıblar.

APOEL-in heyətində isə meydana Belec, Gentsoğlou, De Vincenti, Suleiman, Matiç, Pavloviç, Vouros,Merkis, N.Loannou, Jakolsš və Mihajloviç çıxacaqlar.

Bakı vaxtı ilə saat 20:30-dabaşlayacaq oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibert olacaq. Ona Yan Sedel və Lasse Koslovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Matçın hakim-inspektoruYorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviç (Bosniya və Herseqovina) olacaq.

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə iki illik müqavilə bağlanılıb.

“Qarabağ” APOEL səddini keçəcəyi halda, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və UEFA Çempionlar Liqanın pley-off mərhələsində “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) oyununun qalibi ilə qarşılaşacaq.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsə, UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.

Xəbərlər

Nzonzi

Nzonzi "Qalatasarayd...

access_time5 saat əvvəl
Çempionlar Liqası: “Qarabağ” APOEL klubu ilə qarşılaşır - YENİLƏNDİ

Çempionlar Liqası: “...

access_time3 gün əvvəl
Valverdedən Neymarın transferinə REAKSİYA

Valverdedən Neymarın...

access_time6 gün əvvəl
zoom_in zoom_out