Gürcüstanın “Rustavi2” kanalı satılır

Gürcüstanın “Rustavi2” kanalı satılır

Gürcüstanın “Rustavi2” kanalı satılır

person access_time 3 ay əvvəl
thumb_up 547 thumb_down 13 visibility4458

Gürcüstanın müxalif kanalı “Rustavi2″nin yeni sahibi, biznesmen Kibar Xalvaşi telekanalı satışa çıxaracaq.

Hürriyət Azərbaycan xəbər verir ki, biznesmen bildirib ki, satışa səbəb kanalın maliyyə böhranı ilə üzləşməsidir.

“Mən bu nəticəyə gəlmişəm ki, telekanalın əvvəlki icraçı direktoru onu yalnız siyasi təsir aləti kimi görüb və yaxşı niyyətlə idarə etməyib. Məhkəmə çəkişmələri başlayandan sonra əvvəlki rəhbərlik şirkətin imicini zədələmək üçün bütün vasitələrdən istifadə edib. İndi bütün məsuliyyətimlə deyə bilərəm ki, telekanalın durumu faciəvidir və kredit borcu 70 mln. lariyə yaxınlaşır. Bunun 27 mln. dollarını isə dövlət büdcəsindən borc götürüb. Təəssüf ki, mənim maliyyə qabiliyyətim telekanalı dərin böhrandan çıxarmağa qadir deyil. Ona görə də ictimaiyyət qarşısında açıq deyə bilərəm ki, “Rustavi2″nin alışı ilə maraqlanan tərəflərlə danışıqlara hazıram”, – deyə K. Xalvaşi bildirib.

K. Xalvaşi telekanalı sabiq prezident Mixeil Saakaşviliyə satmayacağını bəyan edib. O bildirib ki, satış şəffaf və azad rəqabət şəraitində keçiriləcək./APA/

Xəbərlər

ABŞ Rusiyaya yeni səfir təyin etdi

ABŞ Rusiyaya yeni sə...

access_time4 saat əvvəl
Pul istəyən qıza küçənin ortasında atəş açdı

Pul istəyən qıza küç...

access_time4 saat əvvəl
Lotereyada böyük məbləğ udan kişi evdən qaçdı

Lotereyada böyük məb...

access_time9 saat əvvəl
zoom_in zoom_out