"Coca-Cola" bu reklamına görə boykot olundu - FOTO

"Coca-Cola" bu reklamına görə boykot olundu - FOTO

person access_time 5 gün əvvəl
thumb_up 547 thumb_down 10 visibility4420

Macarısatanda “Coca-Cola” şirkətinin yeni reklam kampaniyası etirazlara səbəb olub.

Hürriyət Azərbaycan xəbər verir ki, buna səbəb şirkətin LGBT-ni təbliğ edən reklam kampaniyası olub.

Belə ki, bir neçə həftə əvvəl başladılan reklam kompaniyası zamanı LGBT nümayəndələrinin daha xoşbəxt təqdim edildiyi şəkillərin üzərinə “love is love” şüarı da həkk edilib. Bu isə ölkə əhalisinin və bir sıra konservativ dairələrin ciddi etirazlarına səbəb olub.

CNN-nin məlumatına görə şirkət baş verənlərlə bağlı açıqlama verib: “Hər kəsin sevmək və sevilmək hüququ var. Onlar da insandır, macarlar buna hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, şirkətdən reklam strategiyasının dəyişdirilməyəcəyi bildirilib.

İndi yerli əhali “Coca-Cola” brendinin boykot edilməsi ilə bağlı imzatoplama kampaniyaları keçirir.

Xəbərlər

Nazirlikdən vahid məktəbli forması ilə bağlı AÇIQLAMA

Nazirlikdən vahid mə...

access_time29 dəqiqə əvvəl
Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti...

access_time1 saat əvvəl
İkimərtəbəli yaşayış binasında yanğın

İkimərtəbəli yaşayış...

access_time2 saat əvvəl
zoom_in zoom_out