Ermənilər atəşkəsi pozdu

Ermənilər atəşkəsi pozdu

Ermənilər atəşkəsi pozdu

person access_time 1 həftə əvvəl
thumb_up 547 thumb_down 11 visibility4509

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən  bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbərlər

Nazirlikdən vahid məktəbli forması ilə bağlı AÇIQLAMA

Nazirlikdən vahid mə...

access_time16 dəqiqə əvvəl
Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti...

access_time1 saat əvvəl
İkimərtəbəli yaşayış binasında yanğın

İkimərtəbəli yaşayış...

access_time1 saat əvvəl
zoom_in zoom_out