Orta aylıq əmək haqqı 585 manata çatdı

Orta aylıq əmək haqqı 585 manata çatdı

Orta aylıq əmək haqqı 585 manata çatdı

person access_time 1 həftə əvvəl
thumb_up 548 thumb_down 10 visibility4575

Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% artaraq 1 613,7 min nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən xəbərdə bildirilir ki, bunlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,6%-i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 585,2 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.yenicag

 

Xəbərlər

Dünya birjaları: Neftin qiyməti

Dünya birjaları: Nef...

access_time1 dəqiqə əvvəl
Dünya bazarlarında təbii qaz ucuzlaşdı

Dünya bazarlarında t...

access_time2 dəqiqə əvvəl
Dünya bazarlarında təbii qaz ucuzlaşdı

Dünya bazarlarında t...

access_time53 dəqiqə əvvəl
zoom_in zoom_out