İran buna görə Azərbaycana təşəkkür etdi

İran buna görə Azərbaycana təşəkkür etdi

İran buna görə Azərbaycana təşəkkür etdi

person access_time 2 həftə əvvəl
thumb_up 625 thumb_down 7 visibility2687

İran İslam Respublikası “Şəbahəng” gəmisinin ekipaj heyətinin xilas edilməsi ilə bağlı Azərbaycana təşəkkürünü bildirib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən  verilən məlumata görə, səfirlik İran İslam Respublikası dövləti adından dost və qardaş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış “Şəbahəng” adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirir.

Qeyd edilir ki, bu humanitar addım İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni halda, Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir.

İran İslam Respublikasının Səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin daha da genişlənməsini arzulayır./yenicag

Xəbərlər

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Azərbay...

access_time1 həftə əvvəl
ATƏT PA-dan Qırğızıstanda vəziyyətlə bağlı BƏYANAT

ATƏT PA-dan Qırğızıs...

access_time1 həftə əvvəl
İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi

İlham Əliyev sinqapu...

access_time1 həftə əvvəl
zoom_in zoom_out