Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı

Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı

Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı

person access_time 4 ay əvvəl
thumb_up 546 thumb_down 10 visibility4464

Uzun illərdən bəri Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən “Şüvəlan” Futbol Klubu bir çox futbol turnirlərində ölkəmizi təmsil edərək müxtəlif mükafatlar uğrunda apardığı mübarizə və qazandığı nailiyyətləri ilə Azərbaycan futboluna öz töhfəsini verib, habelə bir sıra yeniyetmə və peşəkar gənc futbolçuların yetişdirilməsində böyük əməyi olub.

Hürriyət Azərbaycan-ın məlumatına görə, son zamanlar premyer liqa komandaları arasında rəqabətin güclənməsi, o cümlədən “Şüvəlan” Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, “Silk Way Holding” ilə klub rəhbərliyi tərəfindən məsləhətləşmələr aparılıb və Bakıətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabətqabiliyyətli klub ilə təmsil olunmaq məqsədi ilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olunması qərara alınıb.

Qeyd edək ki, Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktur və geniş potensiala malikdir. Bu baxımdan “Şüvəlan” Futbol Klubu mövcud maddi-texniki təminat və infrastrukturla “Zirə” Futbol Klubuna dəstək olacaq.

“İnanırıq ki, bu dəstək nəticəsində “Zirə” Futbol Klubu yaxın dövr ərzində daha yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək”, – məlumatda deyilir.

Eyni zamanda “Zirə” Futbol Klubuna sponsorluğunu davam etdirəcəyini bəyan edən “Silk Way” şirkəti bundan sonra da, Azərbaycanda futbolun inkişafı naminə ölkəmizin beynəlxalq turnirlərdə layiqli təmsil olunması üçün maddi-texniki təminat və infrastruktur dəstəyinin əsirgənəyəcəyini bildirib..yenicag

Xəbərlər

İspanlar Messiyə heykəl ucaldacaq

İspanlar Messiyə hey...

access_time9 saat əvvəl
İspanlar Messiyə heykəl ucaldacaq

İspanlar Messiyə hey...

access_time9 saat əvvəl
2020-ci il üçün azərbaycanlı FIFA hakimləri bilindi - ADLAR

2020-ci il üçün azər...

access_time11 saat əvvəl
zoom_in zoom_out