Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ

Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ

Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ

person access_time 4 ay əvvəl
thumb_up 546 thumb_down 10 visibility4509

Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir.

Hürriyət Azərbaycan  xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Son bir həftə ərzində pomidorun qiymətinin bahalaşdığını deyən ekspert bunun əsas səbəbini hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun gec yetişməsi ilə izah edib.

Onun sözlərinə görə, əvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahə tərəvəzlərinin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar açıq sahədə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması qiymətin artmasına səbəb olub:

“Yaxın zamanda sahə pomidorlarının bazara çıxarılacağını və təklifin artacağını gözləyirik. Oxşar vəziyyət 2017-ci ildə müşahidə edilmişdi. Həmin ildə də qiymətlər bahalaşmışdı, sonra sahə pomidorlarının bazara çıxarılması ucuzlaşmaya səbəb olmuşdu. Güman edirik ki, yaxın günlərdə qiymətlərdə azalmanın olacağı gözlənilir. Sahə pomidorlarının bazara daha çox çıxarılması qiymətlərin enməsinə təsir edə bilər”.

V.Bayramov Azərbaycanda sahə pomidorlarının ən çox Xaçmaz, Tovuz, Qazax rayonlarında yetişdirildiyini də nəzərə çatdırıb.

Xəbərlər

Ekspert: Dollara tələb artıb

Ekspert: Dollara təl...

access_time1 gün əvvəl
OPEC ölkələri neft hasilatını azaltdı

OPEC ölkələri neft h...

access_time2 gün əvvəl
SOCAR-a yeni vitse-prezident təyin edildi

SOCAR-a yeni vitse-p...

access_time2 gün əvvəl
zoom_in zoom_out