Nazir işdən çıxarılan 77 nəfəri vəzifəsinə qaytardı

Nazir işdən çıxarılan 77 nəfəri vəzifəsinə qaytardı

Nazir işdən çıxarılan 77 nəfəri vəzifəsinə qaytardı

person access_time 6 ay əvvəl
thumb_up 546 thumb_down 10 visibility4437

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində vətəndaş müraciətlərinin araşdırılması zamanı 77 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Nazirlikdən verilən məlumata görə, xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Vətəndaşların bir qisminin Xidmətə müraciətlərində isə onlara sosial xarakterli ödənişlərin verilməsinin gecikdirildiyi ifadə olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən ümumilikdə 51,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.

Həmin məbləğin 93,1 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub..yenicag

Xəbərlər

Əsrin ən yaxşı filmi bəlli oldu

Əsrin ən yaxşı filmi...

access_time4 saat əvvəl
Dəhşətli yanğın 11 can aldı

Dəhşətli yanğın 11 c...

access_time4 saat əvvəl
Ən çox istifadə edilən mesajlaşma tətbiqləri açıqlandı

Ən çox istifadə edil...

access_time4 saat əvvəl
zoom_in zoom_out