Şəkidəki hadisədə ölən müəllimə imiş - Nazir tapşırıq verdi

Şəkidəki hadisədə ölən müəllimə imiş - Nazir tapşırıq verdi

Şəkidəki hadisədə ölən müəllimə imiş - Nazir tapşırıq verdi

person access_time 1 il əvvəl
thumb_up 546 thumb_down 10 visibility6659

Təhsil Nazirliyi Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarətlər alaraq dünyasını dəyişən Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib.

Hürriyət Azərbaycan-ın məlumatına görə, dünyasını dəyişən qadın Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi olub.

Nazirliyin rəsmi “Facebook” səhifəsində qeyd edilib:

“Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib”.

Qeyd edək ki, Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alanlardan 1 nəfər dünyasını dəyişib. Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki MRX-da vəfat edib./yenicag

Xəbərlər

İlham Əliyev Mingəçevirdə - FOTO

İlham Əliyev Mingəçe...

access_time1 ay əvvəl
Göyçay xəstəxanasının pandemiya ilə mübarizəyə ayrılması qərarı ləğv edildi

Göyçay xəstəxanasını...

access_time1 ay əvvəl
Naxçıvana ilk uçuşun həyata keçiriləcəyi tarix açıqlandı - RƏSMİ

Naxçıvana ilk uçuşu...

access_time1 ay əvvəl
zoom_in zoom_out