Hindistanda şiddətli yağışlar nəticəsində 51 nəfər öldü

Hindistanda şiddətli yağışlar nəticəsində 51 nəfər öldü
Hindistanın şimal-şərqində yerləşən 7 ştatda musson yağışları nəticəsində 51 nəfər ölüb, çoxlu sayda insanın itkin düşdüyü bildirilir.
Hürriyət Azərbaycan xəbər verir ki, musson yağışlarından daha çox Assam ştatı zərər görüb. Burada 2,6 milyon insan evsiz-eşiksiz qalıb, 11 nəfər həlak olub. Təxliyə edilən 17 min insan hökumətin qurduğu 327 çadırda yerləşdirilib. Ölkənin şimalında yerləşən Uttar-Pradeş və Bihar ştatlarında sel və daşqınlar nəticəsində 1,9 milyon sakin zərər görüb.
Meteoroloqlar növbəti günlərdə Hindistanın şimal-şərq bölgələrində daha şiddətli leysan yağışlarının olacağını proqnozlaşdırırlar.