Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Keşikçidağ insidenti

Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Keşikçidağ insidenti

Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Keşikçidağ insidenti

person access_time 4 ay əvvəl
thumb_up 547 thumb_down 10 visibility4557

Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçidağda baş verən hadisə haqqında məlumat yayıb.

Hürriyət Azərbaycan  xəbər verir ki, məlumatda deyilir:

“14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülən işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib”.

Xəbərlər

Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək

Bu gün Mehriban Əliy...

access_time1 saat əvvəl
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM

Prezidentdən Əlibaba...

access_time19 saat əvvəl
Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub - FOTO

Mehriban Əliyeva Xal...

access_time1 gün əvvəl
zoom_in zoom_out