Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək

person access_time 1 il əvvəl
thumb_up 547 thumb_down 12 visibility4564

Gürcüstan parlamentinin deputatları Azərbaycana səfər edəcəklər.

Hürriyət Azərbaycan APA-nın yerli bürosunun verdiy məlumata  istinadən  xəbər  verir ki, bu barədə Parlamentin xarici əlaqələr komitəsinin sədri Sopie Katsarava məlumat verib.

O bildirib ki, Gürcüstan parlamentinin nümayəndələri iyulun 15-16-da Bakıda səfərdə olacaqlar.

Səfər çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə üçtərəfli əlaqələrlə bağlı vacib müzakirələr aparılacaq. 

Bundan başqa, Gürcüstan parlamentinin nümayəndələrinin Milli Məclisin sədri Oqtay Əsədov və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılır. Görüşlərdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələrinin müzakirə ediləcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycana səfər edəcək Gürcüstan nümayəndə heyətinin tərkibində Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramaz Nikolaişvili və Zviad Dziqziquri yer alıb.

Xəbərlər

Müdafiə Nazirliyi: Ermənilər Azərbaycana məxsus heç bir tankı vurmayıb

Müdafiə Nazirliyi: E...

access_time3 həftə əvvəl
Ermənistana məxsus PUA məhv edildi

Ermənistana məxsus P...

access_time3 həftə əvvəl
Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı SƏRƏNCAM

Əli Əsədovdan “Beşba...

access_time1 ay əvvəl
zoom_in zoom_out