Sabunçuda əməliyyat - Silahlı şəxslər saxlanıldı - FOTO

Sabunçuda əməliyyat - Silahlı şəxslər saxlanıldı - FOTO

Sabunçuda əməliyyat - Silahlı şəxslər saxlanıldı - FOTO

person access_time 3 gün əvvəl
thumb_up 547 thumb_down 11 visibility4433

Sabunçu Rayon Polis İdarəsi 13 və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində odlu silah-sursat saxlayan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən  verilən məlumata görə, Bakıxanov qəsəbəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Asim Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 11.5 qram narkotik vasitə heroin, habelə idarə etdiyi “Daewoo” markalı avtomobildən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron, həçminin 1 ədəd bıçaq və 1 ədəd taxta dəyənək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində aşkar edilən əşyaların ona məxsus olduğunu etiraf edib.

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş paytaxt sakini Vasif Abdulov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,900 qrram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq V.Abdulovun idarə etdiyi “Mitsubishi” markalı avtomobildən əlavə olaraq 31,119 qqram heroin, 29,450 qram metamfetamin, 1 ədəd “Toz-16” markal ov tüfəngi və 1 ədəd xəncər aşkar edilərək götürülüb.

Faktlarla bağlı toplanan materiallar əsasında Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbərlər

Dənizdə batan şəxsin meyiti tapıldı

Dənizdə batan şəxsin...

access_time23 dəqiqə əvvəl
Nazir işdən çıxarılan 77 nəfəri vəzifəsinə qaytardı

Nazir işdən çıxarıla...

access_time26 dəqiqə əvvəl
Bakı metrosunda siqaret çəkən şəxslə bağlı qərar

Bakı metrosunda siqa...

access_time2 saat əvvəl
zoom_in zoom_out