Büdcəyə dəyişiklik edildi

Büdcəyə dəyişiklik edildi

Büdcəyə dəyişiklik edildi

person access_time 3 gün əvvəl
thumb_up 547 thumb_down 10 visibility4441

Azərbaycan Milli Məclisi “2019-cu il dövlət büdcəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə layihəni müzakirə edərək, III oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin isə 15 milyon artırılması zərurəti yaranıb.

Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərlər

Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ

Pomidorun qiyməti ya...

access_time1 saat əvvəl

"Günəşli" yatağında ...

access_time3 saat əvvəl
Azərbaycan öz məhsullarını daha çox bu ölkələrə ixrac edib - SİYAHI

Azərbaycan öz məhsul...

access_time3 saat əvvəl
zoom_in zoom_out