27 bioloji qida əlavəsinə mənfi rəy verildi

27 bioloji qida əlavəsinə mənfi rəy verildi

27 bioloji qida əlavəsinə mənfi rəy verildi

person access_time 4 gün əvvəl
thumb_up 342 thumb_down 13 visibility4422

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin may – iyun aylarında 27 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.

Analitik Ekspertiza Mərkəzindən  verilən xəbərə görə, may ayında “Aminovit” (şərbət, Hindistan), “Bilkon” (kapsul, Ukrayna), “Brucuf” (məhlul, Hindistan), “Detricol” (məhlul, Hindistan), “Ekavit” (tablet, İtaliya), “Eredex” (kapsul, Banqladeş), “Evit Forte” (kapsul, Serbiya), “Eyetiger” (göz damcısı, Türkiyə), “Fohow Gaoqian” (tablet, Çin), “Gintex” (kapsul, Banqladeş), “Helmizin” (şərbət, Böyük Britaniya), “Lemolax” (mikro-imalə, İtaliya), “Lymphoclean” (tablet, Hindistan), “Seda Ver” (kapsul, Ukrayna), “Semyn 100” (tablet, İtaliya), “Triphalaclean” (tablet, Hindistan), “Ultra Mens sport” (tablet, Böyük Britaniya), “Uplink” (məhlul, İspaniya), “Urocys” (kapsul, Çexiya), “Venatura Selenium” (tablet, Türkiyə) və “Zarim” (gel, Serbiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.

İyun ayında isə “Pantefluks 5%” (sprey, Makedoniya), “Feroglobin B12” (kapsul, Böyük Britaniya), “Neurozan Plus” (tablet, Böyük Britaniya), “Balıq Yağı Vitamin” (A, D, E ilə kapsul, Rusiya), “Pregnacare” (tablet, Böyük Britaniya) və “Feroglobin Fızz” (tablet, Böyük Britaniya) ilə bağlı müraciətlər də mənfi cavablandırılıb.

Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir..yenicag

Xəbərlər

Dənizdə batan şəxsin meyiti tapıldı

Dənizdə batan şəxsin...

access_time24 dəqiqə əvvəl
Nazir işdən çıxarılan 77 nəfəri vəzifəsinə qaytardı

Nazir işdən çıxarıla...

access_time27 dəqiqə əvvəl
Bakı metrosunda siqaret çəkən şəxslə bağlı qərar

Bakı metrosunda siqa...

access_time2 saat əvvəl
zoom_in zoom_out