BNA-dan 8 nəfərin ölümünə səbəb olan sürücü ilə bağlı MƏLUMAT - "Fərqlənmə nişanı" alıb

BNA-dan 8 nəfərin ölümünə səbəb olan sürücü ilə bağlı MƏLUMAT -

BNA-dan 8 nəfərin ölümünə səbəb olan sürücü ilə bağlı MƏLUMAT - "Fərqlənmə nişanı" alıb

person access_time 5 gün əvvəl
thumb_up 547 thumb_down 10 visibility4436

Bakı Nəqliyyat Agentliyi Masallı rayonunda çoxsaylı insan itkisinə səbəb olan ağır yol nəqliyyat hadisəsi törədən sürücü Mustafayev Nizami Malik oğlunun taksi fəaliyyəti göstərməsi üçün BNA-dan fərqlənmə nişanı alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

BNA-dan verilən məlumata görə, “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Mustafayev Nizami Malik oğluna taksi fəaliyyətinin həyata keçirilməsi üçün “Fərqlənmə nişanı”nın verilməsi qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olub.

Nizami Mustafayev Agentliyə müraciət edərək yalnız Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə “Fərqlənmə nişanı”nın verilməsini istəmiş və ərizəsinə də müəyyən edilən sənədləri (verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini) əlavə edib. Sürücü tərəfindən sonuncu dəfə “fərqlanmə nişanı” alınmasına dair ərizə 02.07.2019 tarixində təqdim edilib. Ərizə və ona əlavə edilən sənədləri nəzərdən keçirilib normativ hüquqi aktların tələbləri əsas götürülərək Nizami Mustafayevə onun istəyinə uyğun müddətdə yalnız Bakı şəhərinin inzibati ərazisində “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyətinin həyata keçirilməsi üçün “Fərqlənmə nişanı” verilib.

BNA-dan bildirilib ki, vətəndaş Nizami Mustafayevin Bakı Nəqliyyat Agentliyindən aldığı “Fərqlənmə nişanı” ona Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa izacə verir. Sürücünün Bakı şəhərinin inzibati ərazisi hüdudlarından kənarda bu “Fərqlənmə nişanı” ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması isə qanunsuzdur..yenicag

Xəbərlər

Dənizdə batan şəxsin meyiti tapıldı

Dənizdə batan şəxsin...

access_time36 dəqiqə əvvəl
Nazir işdən çıxarılan 77 nəfəri vəzifəsinə qaytardı

Nazir işdən çıxarıla...

access_time40 dəqiqə əvvəl
Bakı metrosunda siqaret çəkən şəxslə bağlı qərar

Bakı metrosunda siqa...

access_time3 saat əvvəl
zoom_in zoom_out