Rəhbər vəzifədə işləmək istəyənlər üçün – SINAQ İMTAHANI

Rəhbər vəzifədə işləmək istəyənlər üçün – SINAQ İMTAHANI

Rəhbər vəzifədə işləmək istəyənlər üçün – SINAQ İMTAHANI

person access_time 6 gün əvvəl
thumb_up 547 thumb_down 10 visibility4385

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

DİM-dən  verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə iyulun 19-da saat 10:00-da keçiriləcək. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat iyulun 19-u saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə alması xahiş olunur..yenicag

Xəbərlər

Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başladı - FOTO

Zakir Həsənov hərbi ...

access_time36 dəqiqə əvvəl
Dənizdə batan şəxsin meyiti tapıldı

Dənizdə batan şəxsin...

access_time38 dəqiqə əvvəl
Dənizdə batan şəxsin meyiti tapıldı

Dənizdə batan şəxsin...

access_time1 saat əvvəl
zoom_in zoom_out