Ağstafada tarixi abidə dağıdıldı - Araşdırmalara başlanıldı

Ağstafada tarixi abidə dağıdıldı - Araşdırmalara başlanıldı

Ağstafada tarixi abidə dağıdıldı - Araşdırmalara başlanıldı

person access_time 4 ay əvvəl
thumb_up 546 thumb_down 10 visibility4385

Ağstafada tarixi abidənin sökülməsi ilə bağlı araşdırmalara başlanılıb.

Hürriyət Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, araşdırımların sonunda müvafiq addımlar atılacaq: “Hazırda Ağstafa rayonu ərazisində olan tarixi abidənin dağıdılması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkilşafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır. Aparılan araşdırmalardan sonra müvafiq qaydada addımlar atılacaq”.

F.Hüseynov əlavə edib ki, həmin abidə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarixi mədəniyyət abidələri siyahısında qeydiyyata alınmayıb: “Bu səbəbdən də həmin ərazi diqqətdən kənarda qalıb, ona yerli mühafizəçilər tərəfindən nəzarət olunmayıb”.

Qeyd edək ki, 2012-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Ağstafa rayonunda tapdıqları Neolit dövrünə aid qədim yaşayış sahəsi bu günlərdə kimliyi bilinməyən şəxslər tərəfindən dağıdılaraq məhv edilib./yenicag

Xəbərlər

Masallıda ailə faciəsi: Baba öz nəvəsini maşınla əzib öldürdü

Masallıda ailə faciə...

access_time1 həftə əvvəl
Şamaxıya işləməyə getdi, yoxa çıxdı

Şamaxıya işləməyə ge...

access_time1 həftə əvvəl
Culfa-Ordubad avtomobil yolu yenidən qurulacaq

Culfa-Ordubad avtomo...

access_time1 həftə əvvəl
zoom_in zoom_out