İki "KamAZ" toqquşdu - Ölən var

İki "KamAZ" toqquşdu - Ölən var
Hacıqabul rayonunun Muğan qəsəbəsində “KamAZ” markalı yük avtomobili yol kənarında dayanan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “KamAZ” markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Tağıyev Fikrət Əvəz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər./yenicag