Bakı şəhər prokurorluğunda TƏYİNATLAR

Bakı şəhər prokurorluğunda TƏYİNATLAR

Bakı şəhər prokurorluğunda TƏYİNATLAR

person access_time 1 həftə əvvəl
thumb_up 535 thumb_down 9 visibility6655

Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təyinatla əlaqədar keçirilən müsabiqə başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin 2 böyük prokuroru və 23 prokuroru vəzifəsinə yeni namizədlərin seçiminin aparılması üçün aprelin 9-da Müsabiqə Komissiyası yaradılıb və aprelin 12-də həmin vəzifələrə təyinatlarla əlaqədar müsabiqə elan edilib.

Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinin iştirakı ilə keçirilmiş müsabiqənin yekununda komissiya tərəfindən nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri seçilərək Baş prokurora təqdim ediliblər.

Dövlət ittihamının müdafiəsi sahəsində əvvəllər iş təcrübəsi olmayan namizədlər cari il iyunun 10-dan 24-dək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən birgə kecirilən müvafiq ixtisasartırma kursuna cəlb olunub və kursu uğurla başa çatdırıblar.

Hazırda müsabiqə nəticəsində müvəffəqiyyət əldə etmiş prokurorluq işçilərinin Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin müvafiq vəzifələrinə təyinatları aparılır..yenicag

Xəbərlər

Azərbaycan XİN Polşa vətəndaşının adını qara siyahıdan çıxardı

Azərbaycan XİN Polşa...

access_time3 saat əvvəl
Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Keşikçidağ insidenti

Gürcüstanın Azərbayc...

access_time22 saat əvvəl
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə ...

access_time1 gün əvvəl
zoom_in zoom_out