ABŞ-dan İrana qarşı yeni sanksiyalar - Bu şəxslərin adı siyahıya salındı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar - Bu şəxslərin adı siyahıya salındı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar - Bu şəxslərin adı siyahıya salındı

person access_time 1 il əvvəl
thumb_up 546 thumb_down 10 visibility4489

Hürriyət Azərbaycan  xəbər verir ki, Prezidentin sərəncamına əsasən İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei, Hərbi Dəniz Qüvvələrinin komandanı Ali Rza Təngsiri, Hərbi Hava Qüvvələrinin komandanı general Əmi Əli Hacızadə, Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpur və digər 5 generala qarşı sanksiya tətbiq edilib. Fars informasiya agentliyinin xəbərinə görə, yaxın günlərdə ABŞ İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin adını da sanksiyalar siyahısına salacaq.

ABŞ-ın Maliyyə Nazirliyinin verdiyi açıqlamada deyilir ki, bu sanksiyalar İranın milyardlarla dollar həcmindəki aktivlərinin donmasına səbəb olacaq. Açıqlamada o da vurğulanıb ki, əgər İran danışıqlar masasına oturub rəsmi Vaşinqton ilə qeyd-şərtsiz dialoqa başlasa sanksiyalar yumşaldılacaq.

İran Prezidenti Həsən Ruhani milli televiziyaya verdiyi müsahibəsində bildirib ki, İranın dözüm nümayiş etdirməsi onun qorxması demək deyil. Prezident sanksiyaları humanizmdən və insanpərvərlikdən uzaq adlandıraraq onların heç bir təsirinin olmayacağını bəyan edib.

Həsən Ruhani ABŞ hakimiyyətini təmsil edənləri ağılsız adlandırıb./yenicag

Xəbərlər

Ermənilər qorxu içində: Qubernator hamını gizlənməyə çağırdı

Ermənilər qorxu için...

access_time3 həftə əvvəl
Gəlinlər toylara icazə verilmədiyi üçün aksiya keçirdi

Gəlinlər toylara ica...

access_time1 ay əvvəl
Avropada koronavirusun yeni dalğası gözlənilir

Avropada koronavirus...

access_time1 ay əvvəl
zoom_in zoom_out