Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilir

Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilir

Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilir

person access_time 1 ay əvvəl
thumb_up 546 thumb_down 10 visibility4441

İyunun 25-də Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib.

Hürriyət Azərbaycan xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev hər iki tərəfin işgüzar dairələri arasında baş tutan biznes forumun Azərbaycanın və Monteneqronun iqtisadi əməkdaşlığını daha da genişləndirəcəyini deyib. Nazir qeyd edib ki, Azərbaycan Monteneqroda ən böyük investorlardan biridir. Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu deyən nazir bildirib ki, məqsəd ticarətin həcmini daha da artırmaq və onun strukturunu şaxələndirməkdir. S.Babayev hər iki ölkənin işgüzar dairələrini qarşılıqlı birgə faydalı layihələri həyata keçirməyə dəvət edib.

Monteneqronun Baş Naziri Duşko Markoviç iki ölkənin iqtisadi əməkdaşlığının ildən-ilə genişləndiyini və biznes forumun bu sahədə növbəti irəliləyişlərə imkan yaradacağını vurğulayıb./yenicag

Xəbərlər

Mikravtobus yük maşını ilə toqquşdu - 7 ölü, 9 yaralı

Mikravtobus yük maşı...

access_time16 dəqiqə əvvəl
Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır - Son gün

Peşə Təhsil Mərkəzin...

access_time55 dəqiqə əvvəl
Bakı metrosunda qatarların intervalında fasilə yarandı - SƏBƏB

Bakı metrosunda qata...

access_time3 saat əvvəl
zoom_in zoom_out