Milli Meşə Proqramının təqdimatı keçirildi

Milli Meşə Proqramının təqdimatı keçirildi

Milli Meşə Proqramının təqdimatı keçirildi

person access_time 1 həftə əvvəl
thumb_up 435 thumb_down 6 visibility4571

Azərbaycan Respublikasında meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin təqdimatı keçirilib.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat veriblər.

2020-2030-cu illəri əhatə edən Milli Meşə Proqramı (MMP) “Milli Meşə Proqramının yenilənməsi və meşə idarəetmə sisteminin müasirləşdirilməsi üçün texniki dəstək” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə hazırlanıb.

Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət qurumlarının, Dünya Bankının, BMT-nin İnkişaf Proqramının əməkdaşlarının, QHT, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin mahiyyəti barədə məlumat verilib, maraqlı tərəflərin fikirləri dinlənilib.

Təqdimatda Ekologiya və Təbii Sərvətlər naziri, FAO-nun Azərbaycan nümayəndəliyinin rəhbəri, BMT-nin Avropa İqtisadi Komissiyasının və FAO-nun Meşə və Oduncaq bölməsinin müavini iştirak edib.

Qeyd edək ki, meşələrin dayanıqlı inkişafı Azərbaycan hökumətinin əsas prioritetləri və hədəfləri sırasındadır.

Milli Meşə Proqramının hazırlanmasında əsas məqsəd meşələrin idarə edilməsi üzrə institutsional və hüquqi bazanın inkişafını təmin etməklə hökumətin meşə siyasətini reallaşdırmaqdan ibarətdir.

Təqdimatın sonunda Azərbaycanda meşəçilik ixtisası üzrə mütəxəssis hazırlayan Dövlət Aqrar Universiteti ilə ETSN arasında gənc meşəçi kadr hazırlığını təmin etmək məqsədilə ikitərəfli Anlaşma Memorandumu imzalanıb..yenicag

Xəbərlər

Bitkoinin qiyməti 11 mini keçdi

Bitkoinin qiyməti 11...

access_time4 saat əvvəl
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır

Azərbaycanda bu şəxs...

access_time8 saat əvvəl
Azərbaycanda qızıl və gümüş BAHALAŞDI

Azərbaycanda qızıl v...

access_time1 gün əvvəl
zoom_in zoom_out