Prezident seçilərsə xərçəngi məhv edəcəyini vəd verdi - Namizəddən sensasiyalı açıqlama

Prezident seçilərsə xərçəngi məhv edəcəyini vəd verdi - Namizəddən sensasiyalı açıqlama

Prezident seçilərsə xərçəngi məhv edəcəyini vəd verdi - Namizəddən sensasiyalı açıqlama

person access_time 2 gün əvvəl
thumb_up 435 thumb_down 4 visibility4395

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi Co Bayden iddialı bəyanatlar verib.

Hürriyət Azərbaycan bildirir ki, xərçəng xəstəliyindən oğlunu itirmiş Bayden prezident olacağı təqdirdə, bu xəstəliyin müalicəsini tapacağını deyib.

Ayovada seçki kampaniyası zamanı danışan ABŞ-ın keçmiş vitse-prezidenti Bayden 46 yaşında beyin xərçəngi səbəbiylə 2015-ci ildə itirdiyi oğlu Bo Baydeni xatırlayıb: “Mən karyera ərzində bundan əmin olmaq üçün çox çalışdım. Əgər prezident seçilsəm, Amerikanı dəyişdirəcək yeganə şeyin gerçəkləşdiyinə əmin olacaqsınız. Buna söz verirəm. Biz xərçəngin müalicəsini tapacağıq”.

Aznews.az xatırladır ki, Co Bayden əvvəllər də xərçənglə bağlı oxşar şərhlər verib. Barak Obamanın prezidentliyi dövründə o, 2016-cı ildə vitse-prezident kimi çalışanda “Cancer Moonshot” adlı bir proqrama başlamış və xərçəng araşdırmalarını maliyyələşdirmişdi.

Bayden elə həmin il Vatikanda iştirak etdiyi beynəlxalq konfransda çıxış edərək Xərçənglə Mübarizə Fondunun yaradılmasının zəruriliyindən danışmışdı.

O, vitse-prezident vəzifəsindən ayrıldıqdan sonra da bu məsələ ilə bağlı işlərini davam etdirmişdi. (bizimyol.info)

Xəbərlər

Tunisdə 4 mindən çox miqrant saxlanılıb

Tunisdə 4 mindən çox...

access_time7 saat əvvəl
Tramp Yaponiya lideri ilə danışdı: İran müzakirə edildi

Tramp Yaponiya lider...

access_time9 saat əvvəl
Poliqonda dəhşətli partlayış baş verdi

Poliqonda dəhşətli p...

access_time9 saat əvvəl
zoom_in zoom_out