Azərbaycan neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib

Azərbaycan neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib

Azərbaycan neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib

person access_time 3 gün əvvəl
thumb_up 453 thumb_down 10 visibility5543

Respublikada may ayı üzrə gündəlik neft hasilatı 776 min barrel olub. Bunun 699 min barrelini xam neft, 77 min barrelini kondensat təşkil edib. Gündəlik 494 min barrel xam neft, 75 min barrel kondensat, 14 min barrel isə neft məhsulları ixrac edilib.

Hürriyət Azərbaycan xəbər verir ki, gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilinyanvar-may aylarında orta gündəlik neft hasilatı 771,2 min barrel təşkil edib.

Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub./metbuat

Xəbərlər

Neft bahalaşdı

Neft bahalaşdı...

access_time13 saat əvvəl
Milli Meşə Proqramının təqdimatı keçirildi

Milli Meşə Proqramın...

access_time1 gün əvvəl
Azərbaycan nefti 63 dollara qədər ucuzlaşdı

Azərbaycan nefti 63 ...

access_time1 gün əvvəl
zoom_in zoom_out