Sanksiyaların nəticələri ciddi olacaq - Çindən bu şirkətlərə ULTİMATUM

Sanksiyaların nəticələri ciddi olacaq - Çindən bu şirkətlərə ULTİMATUM

Sanksiyaların nəticələri ciddi olacaq - Çindən bu şirkətlərə ULTİMATUM

person access_time 4 gün əvvəl
thumb_up 657 thumb_down 6 visibility6628

Çin hökuməti ABŞ tərəfindən təyin edilmiş qadağalara riayətin edilməsinin ciddi nəticələrə gətirib çıxardacağı barəsində xarici şirkətlərə xəbərdarlıq edib.

Hürriyət Azərbaycan  xarici mətbuata istinadən xəbər verir ki, bir sıra məlumatlara əsasən keçən həftə Çin hökuməti bəzi şirkətlər ilə bağlı görüş keçirib. Həmin görüşdə Intel, Qualcomm, ARM Holdings PLC, SK Hynix, Microsoft, Samsung Electronics, Dell Technologies və Nokia Corp. şirkətləri iştirak ediblər.

Həmin bağlı görüş çərçivəsində Çin hökumətinin təmsilçiləri ABŞ hökumətinin təyin etdiyi qadağalara əməl edilməsinin həmin şirkətlərə ciddi nəticələr yaradacağından danışıblar.

Xarici şirkətlər ilə bağlı görüş məhz Çin hökumətinin də özünün qara siyahısını yaratması bəyanatından sonra təşkil olunub. Bu isə ABŞ prezidenti Donald Trampın administrasiyasının “Huawei” şirkətinə qoyduğu qadağaya cavabdır.

Qeyd edək ki, may ayının ortasında “Huawei” şirkəti ABŞ hökuməti tərəfindən qara siyahıya salınaraq onun ABŞ bazarındakı fəaliyyətinə qadağa qoyulmuşdu.

Həmin qərardan sonra Google, Intel, Qualcomm, Broadcom, ARM kimi şirkətlər “Huawei” ilə əməkdaşlıqlarını dayandırdılar. Lakin sonradan ABŞ hökuməti güzəştə gedərək “Huawei” şirkətinə 90 günlük lisenziya təqdim etdi. Həmin lisenziya çərçivəsində şirkət ABŞ bazarında fəaliyyətini davam etdirə bilər. 90 günlük lisenziyanın müddəti isə 19 avqust tarixində sona çatacaq. Bağlı görüşdə iştirak etmiş şirkətlərin özləri isə keçirilmiş həmin görüş barəsində fikir bildirməkdən imtina ediblər.

Xəbərlər

Tunisdə 4 mindən çox miqrant saxlanılıb

Tunisdə 4 mindən çox...

access_time7 saat əvvəl
Tramp Yaponiya lideri ilə danışdı: İran müzakirə edildi

Tramp Yaponiya lider...

access_time8 saat əvvəl
Poliqonda dəhşətli partlayış baş verdi

Poliqonda dəhşətli p...

access_time8 saat əvvəl
zoom_in zoom_out