İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırdı

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırdı

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırdı

person access_time 5 gün əvvəl
thumb_up 342 thumb_down 13 visibility3522

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində daha bir mükafata layiq görülüb.

İyunun 4-də Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda Bakcell “Korporativ Sosial Məsuliyyət” nominasiyası üzrə mükafatlandırılıb. Mükafat İqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən Bakcell şirkətinin rəhbərinə təqdim olunub.

Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti “Milli KSM Mükafatı 2018″ mükafatının qalibi olub. ASK, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin təşkil etdiyi tədbirdə “Bakcell”in SOS Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası ilə birgə həyata keçirdiyi “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında ən uğurlu KSM layihəsi elan edilib.

Bakcell artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan “Bakcell Stars” proqramını həyata keçirir. “Bakcell Stars”ın əsas istiqamətlərindən biri xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün imkanlar yaratmaq, onların cəmiyyətə inteqrasiyasının dəstəkləmək, təhsil və iş imkanları ilə təmin etməkdir.

 

yenicag

Xəbərlər

Neft bahalaşdı

Neft bahalaşdı...

access_time13 saat əvvəl
Milli Meşə Proqramının təqdimatı keçirildi

Milli Meşə Proqramın...

access_time1 gün əvvəl
Azərbaycan nefti 63 dollara qədər ucuzlaşdı

Azərbaycan nefti 63 ...

access_time1 gün əvvəl
zoom_in zoom_out