UEFA-dan yenilik: Bu şərtlə əlavə oyunçu dəyişikliyi mümkün olacaq

UEFA-dan yenilik: Bu şərtlə əlavə oyunçu dəyişikliyi mümkün olacaq

UEFA-dan yenilik: Bu şərtlə əlavə oyunçu dəyişikliyi mümkün olacaq

person access_time 2 həftə əvvəl
thumb_up 435 thumb_down 4 visibility4410

UEFA növbəti qayda dəyişikliyinə hazırlaşır.

Hürriyət Azərbaycan xəbər verir ki, qitə futbol qurumu beyin sarsıntısı keçirən futbolçuların meydana qayıtmaması üçün əlavə əvəzetməyə icazə verə bilər. Bu barədə UEFA-nın prezidenti Alksandr Çeferin məlumat verib. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Ayaks”la oyununda sözügedən halla üzləşən “Tottenhem”in müdafiəçisi Yan Vertongeni gördükdən sonra bu fikrə düşdüklərini bildirib:

“Ona nəsə olacağından çox qorxdum. Çünki meydana geri dönərkən özünü yaxşı hiss etmədiyi aşkar görünürdü. Vertongen həmin vaxt ölə bilərdi. Bununla bağlı qaydada dəyişiklik etmək üçün FİFA rəsmiləri ilə görüşəcəyik. Onlar da bu problemi həll etməyə çalışırlar. Oyunçulara nəsə olsa, ömür boyu peşmançılıq çəkərik. Hansı futbolçunun köməyə ehtiyacı varsa, dərhal ona yardım etməliyik. Qayda dəyişikliyi oyuna təsir etməyəcək”.

Qeyd edək ki, dəyişikliyin 2021-ci ilədək qüvvəyə minəcəyi gözlənilir./qol.az/

Xəbərlər

Ölkənin ən önəmli komandasına gəldiyimi bilirəm -

Ölkənin ən önəmli ko...

access_time1 gün əvvəl
II Avropa Oyunlarında üçüncü yarış gününə start verildi

II Avropa Oyunlarınd...

access_time1 gün əvvəl

"FF" döyüş təşkilatı...

access_time1 gün əvvəl
zoom_in zoom_out