Azərbaycan UNESCO-nun keçirdiyi rəsm sərgisində təmsil olunur

Azərbaycan UNESCO-nun keçirdiyi rəsm sərgisində təmsil olunur

Azərbaycan UNESCO-nun keçirdiyi rəsm sərgisində təmsil olunur

person access_time 1 həftə əvvəl
thumb_up 789 thumb_down 7 visibility6903

Azərbaycan Parisdə UNESCO-nun baş qərargahında keçirilən rəsm sərgisində təmsil olunur.

Hürriyət Azərbaycan xəbər verir ki, sərgidə ölkəmizi əl işlərini UNESCO-nun strateji mövzuları olan müxtəlifliyin inkişafı, sülh və mədəniyyətlərarası dialoq mövzularında işləmiş azərbaycanlı rəssam Mehri Quliyeva təmsil edir.

Sərgidə Andorada 2018-ci ilin 9-21 iyulunda “Planet üçün rənglər” 6-cı incəsənət festivalında iştirak etmiş rəssamların əl işləri nümayiş olunur. Rəssamlar əsərlərində UNESCO-nun dəyərləri ilə yanaşı BMT-nin 2015-2030-cu illər üçün davamlı inkişaf proqramının 17 hədəfli məqsədlərinə də yer veriblər.

Sərginin vernisajında UNESCO-nun baş direktoru Audrey Azoulay, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, UNESCO-nun xoşməramlı səfiri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti Edva Ser, müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələri, incəsənət xadimləri, rəsm həvəskarları iştirak ediblər.

Qeyd edək ki, azərbaycanlı rəssam Mehri Quliyeva müxtəlif rəsm atelyelərində çalışıb və Fransada bir sıra rəsm sərgilərinin iştirakçısı və qalibidir.

Tədbir UNESCO-nun 2013-2022 illər üçün elan etdiyi mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyi çərçivəsində baş tutub./Report/

Xəbərlər

Bakıda tanınmış jurnalistin qızı və həyat yoldaşı intihar etdi

Bakıda tanınmış jurn...

access_time8 saat əvvəl
Bakıya qonaq gəldi - İtkin düşdü

Bakıya qonaq gəldi -...

access_time14 saat əvvəl
Elçibəyin xanımı vəfat etdi

Elçibəyin xanımı vəf...

access_time1 gün əvvəl
zoom_in zoom_out