Günəşli hava sabah da davam edəcək

Günəşli hava sabah da davam edəcək

Günəşli hava sabah da davam edəcək

person access_time 11 ay əvvəl
thumb_up 512 thumb_down 8 visibility6662

Azərbaycanda Ramazan bayramının ilk gününə - iyunun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25°, gündüz 32-36° isti, Bakıda gecə 22-24°, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət 45-55 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 20-21° isti olacağı ehtimalı var.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 22-23° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 15-20°, gündüz 24-29° isti olacağı bildirilir.

Xəbərlər

39 nəfərin həlak olmasına səbəb olan matç – “Eyzel faciəsi”nin 35 ili tamam oldu

39 nəfərin həlak olm...

access_time1 saat əvvəl
Azərbaycan koronavirus dövründə nə qədər turist itirib? - AÇIQLAMA

Azərbaycan koronavir...

access_time2 saat əvvəl
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur - RƏSMİ

Azərbaycanda restora...

access_time20 saat əvvəl
zoom_in zoom_out