Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib

Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib

Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib

person access_time 2 həftə əvvəl
thumb_up 546 thumb_down 7 visibility4601

Bakı şəhər Uşaq Psixonevroloji Mərkəzində “Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə təşkilatının təşəbbüsü ilə Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib.

 

Hürriyət Azərbaycan xəbər verir ki, Tədbirdən öncə qonaqlara Uşaq Psixonevroloji Mərkəzinin uşaqlarının əl işindən ibarət sərgi təqdim olunub. Sonra qonaqlara 1İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunan tədbirin mahiyyətindən danışılıb. Layihənin rəhbəri Aşura Hüseynova bildirilib ki, məqsəd Autizm,Daun sindromu,Serebral iflic və digər fiziki və əqli məhdudiyyətli uşaqları ziyarət edərək,onları əyləncəli proqramlarla sevindirmək, ziyarətə gələn öz yaşıdları ilə birgə onların asudə vaxt keçirməklərini təmin etməkdir. Tədbirdə çıxış edənlər gələcəyimiz olan uşaqların ölkəmizin gələcəyində böyük yer tutacaqını vurğulayıblar. Xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət etmək hər birimizin vətəndaşlıq və insanlıq borcu olduğu önə çəkilib. Xatırladaq ki, tədbirdə tamaşaçılar tərəfindən sevilən televiziya aparıcısı və xeyriyyəçi Hacı Nuran,Sosioloq Zəminə Səfərova,Əsa teatrının bədii rəhbəri Nihat Qulamzadə,ADA Universitetinin tələbələri ,Bakı Şəhər 245 saylı məktəbin şagird və müəllim kollektivi iştirak ediblər. Proqram 245 saylı məktəbin şagirdlərinin və Uşaq Psixonevroloji Mərkəzinin uşaqlarının çıxışlarından ibarət musiqi və rəqs nömrələri ilə davam edib.

 

 

Xəbərlər

Bakıda tanınmış jurnalistin qızı və həyat yoldaşı intihar etdi

Bakıda tanınmış jurn...

access_time9 saat əvvəl
Bakıya qonaq gəldi - İtkin düşdü

Bakıya qonaq gəldi -...

access_time14 saat əvvəl
Elçibəyin xanımı vəfat etdi

Elçibəyin xanımı vəf...

access_time1 gün əvvəl
zoom_in zoom_out