Dünyanın gözü Bakıda! - Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

Dünyanın gözü Bakıda! - Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

Dünyanın gözü Bakıda! - Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

person access_time 2 həftə əvvəl
thumb_up 437 thumb_down 4 visibility4632

Bu gün Bakı Olimpiya Stadionunda (BOS) UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək.

Hürriyət Azərbaycan xəbər verir ki, Avropanın nüfuzlu final qarşılaşmasını həyəcanla gözləyən azarkeşlər qrup mərhələsində yüksək nəticə göstərən “Çelsi” və “Arsenal” klublarının görüşünü izləyəcəklər.

Yerli vaxtla saat 23:00-da başlayacaq final qarşılaşması hər kəsi futbol bayramı ətrafında birləşdirəcək.

Matçı Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. Bakıdakı finalda ilk dəfə olaraq Avropa Liqasında Video-Köməkçi Hakim (VAR) sistemindən istifadə olunacaq.

Bu görüş London təmsilçilərinin 198-ci dueli olacaq. Bunların 76-da “Arsenal”, 63-də “Çelsi” qələbə qazanıb, 58 qarşılaşmada isə qalib müəyyənləşməyib. Bakıdakı final komandaların avrokuboklarda üçüncü qarşılaşması olacaq. İngiltərə klubları yalnız 2003-2004-cü illər mövsümündə Çempionlar Liqasının 1/4 finalında üz-üzə gəliblər. Komandalar arasındakı ilk matç heç-heçə (1:1) bitib, səfərdə rəqibini məğlub edən (2:1) “Çelsi” növbəti mərhələyə vəsiqə qazanıb.

“Çelsi” avrokuboklarda 9-cu dəfə final oyununa çıxacaq. “Zadəganlar” bunların 5-də qələbə qazanıb. Komanda 1971-ci ildə UEFA Kuboklar Kubokunun finalında İspaniya “Real Madrid”ini iki görüşün nəticəsinə əsasən məğlub edib 1:1;2:1. “Çelsi” 1998-ci ildə isə eyni turnirin finalında Almaniyanın “Ştutqart” kollektivindən üstün olub – 1:0. London təmsilçisi 2008-ci ildə Çempionlar Liqasının finalında “Mançester Yunayted”ə əsas vaxtı heç-heçə (1:1) bitən görüşdə penaltilərdə uduzub – 6:5. “Göylər” 2012-ci ildə də isə 1:1 hesabı ilə bitən finalda Almaniya “Bavariya”sını penaltilərdə 4:3 üstələyərək Çempionlar Liqasının qalibi olub. “Zadəganlar” 2013-cü ildə Portuqaliya “Benfika”sını məğlub edib və tarixində ilk dəfə Avropa Liqasını qazanıb. UEFA Super Kubokunun da üç dəfə iştirakçısı olan “Çelsi” 1998-ci ildə “Real Madrid”i məğlub edib (1:0), 2012-ci ildə “Atletiko Madrid”ə uduzan komanda (1:4), 2013-cü ildə bərabərliklə yekunlaşan (2:2) matçda “Bavariya”ya penaltilər seriyasında uduzub – 4:5.

“Arsenal” isə 7-ci dəfə UEFA turnirlərində final matçına çıxacaq. “Topçular” bunların yalnız birində qələbə qazana bilib. Komanda 1994-ci ildə UEFA Kuboklar Kubokunun finalında İtaliyanın “Parma” klubunu məğlub edərək çempion olub. London təmsilçisi 1980-ci ildə eyni turnirin finalında qolsuz yekunlaşan matçda İspaniya “Valensiya”sına penaltilərdə uduzub – 4:5.

“Topçular” 1995-ci ildə isə İspaniyanın digər təmsilçisi “Real Saraqosa” ilə bacarmayıb – 1:2. “Arsenal” 1994-cü ildə UEFA Super Kubokunda iki görüşün nəticəsinə əsasən İtaliyanın “Milan” kollektivinə məğlub olub – 0:0;0:2. İngiltərə klubu 2000-ci ildə UEFA Kubokunda (indiki Avropa Liqası) da final oynayıb. Londonlular əsas və əlavə vaxtı qolsuz bitən görüşdə penalti zərbələrindən sonra Türkiyənin “Qalatasaray” komandasına uduzub – 1:4. “Arsenal” 2006-cı ildə isə Çempionlar Liqasının finalında məğlubiyyətə uğrayıb. Komanda həlledici görüşdə İspaniyanın “Barselona” komandası ilə də bacarmayıb 1:2.

“Çelsi”bu vaxta qədər avrokuboklarda İngiltərə təmsilçiləri ilə 17 dəfə qarşılaşıb və bunların 6-da qələbə qazanıb, 4-də isə məğlub olub. 7 qarşılaşma isə heç-heçə bitib. “Arsenal” isə ölkəsinin komandaları ilə Avropada 6 dəfə üz-üzə gəlib. Bunlardan heç birində qələbə qazana bilməyən “topçular”, 4 dəfə məğlub olub, 2 dəfə isə heç-heçə edib.

UEFA Avropa Liqası

FİNAL

23:00. “Arsenal” (İngiltərə) – “Çelsi” (İngiltərə)

Hakimlər: Canluka Roki, Filippo Melli, Lorentso Manqanelli, Daniele Orsato (hamısı İtaliya)

Bakı Olimpiya Stadionu.

Yarışla əlaqədar bir sıra dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, azarkeşlərin daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. “Bakı Metropoliteni”nin stansiyaları da futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt – mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ilin mayında futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib.

Xəbərlər

AVRO 2020-nin seçmə oyununda toy keçirildi

AVRO 2020-nin seçmə ...

access_time14 saat əvvəl
Dieqo Maradona istefa verdi

Dieqo Maradona istef...

access_time1 gün əvvəl
Ruslan Abışovun yeni klubu məlum oldu

Ruslan Abışovun yeni...

access_time2 gün əvvəl
zoom_in zoom_out