Zelenski İlham Əliyevə məktub göndərdi

Zelenski İlham Əliyevə məktub göndərdi

Zelenski İlham Əliyevə məktub göndərdi

person access_time 2 həftə əvvəl
thumb_up 548 thumb_down 10 visibility3719

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Hürriyət Azərbaycan  xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibəti ilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın dayanıqlı templərini nümayiş etdirir, bu da şübhəsiz ki, ölkənin dünya arenasında nüfuzunun möhkəmlənməsinə təsir edir.

Əminəm ki, Ukrayna və Azərbaycan arasında mövcud əməkdaşlıq gələcəkdə də strateji tərəfdaşlıq ruhunda və dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi əsasında inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram"..metbuat

Xəbərlər

İlham Əliyev AŞPA-nın sabiq prezidentini qəbul etdi

İlham Əliyev AŞPA-nı...

access_time3 gün əvvəl
XİN şəhid hadisəsi ilə bağlı açıqlama yaydı:

XİN şəhid hadisəsi i...

access_time5 gün əvvəl
Prezidentdən forum iştirakçılarına MÜRACİƏT

Prezidentdən forum i...

access_time1 həftə əvvəl
zoom_in zoom_out