Dünya tarixində ən varlı insanın adı açıqlanıb

Dünya tarixində ən varlı insanın adı açıqlanıb

Dünya tarixində ən varlı insanın adı açıqlanıb

person access_time 4 ay əvvəl
thumb_up 345 thumb_down 8 visibility3544

Amerikalı iqtisadçı Samuel Uilyamson neft maqnatı Con Rokfelleri qərb sivilizasiyası tarixində ən varlı insan adlandırıb.

Hürriyət Azərbaycan bu barədə Bloomberg agentliyinə istinadla xəbər verir.

XIX və XX əsrlərin kəsişməsində sahibkar 1,5 milyard dollar (bizim dövrdə təxminən 26 milyard dollar) varidat əldə edib ki, bu da onun həyatının sonlarında ABŞ-ın ümumdaxili məhsulunun (ÜDM) 1,6 faizini təşkil edirdi. Həmin müqayisə ilə yanaşdıqda Rokfellerin gəliri müasir tarixdə ən varlı insan sayılan və hazırda aktivləri təxminən 117 milyard dollar həcmində qiymətləndirilən “Amazon” kompaniyasının qurucusu Ceff Bezosun varidatından demək olar ki, üç dəfə çox olardı.

Uilyamsonun fikrincə, keçmiş varlıların – sahibkarların, kral ailəsi üzvlərinin və romasərkərdələrinin varidatı müasir milyarderlərin qazancından çox olub. İqtisadçı müxtəlif dövrlərin varlı insanlarının maliyyə göstəricilərini gəlirlərin və dövlət ÜDM-nin nisbəti ilə müqayisə edib.

Məlum olub ki, müxtəlif illərin “Forbes” siyahılarının digər liderləri də keçmişin aparıcı sahibkarı ilə ayaqlaşa bilməzdi. Belə ki, Uilyamsonun metoduna görə, hazırkı dövrdə polad istehsalı ilə məşğul olan Endryu Korneginin varidatı təxminən 300 milyard dollar, dəmiryol maqnatı Kornelius Vanderbiltin varidatı isə 200 milyard dollar həcmində qiymətləndirilərdi. Spartak üsyanının qalibi, qədim Roma sərkərdəsi Mark Litsini Krass isə öz növbəsində, 210 milyard dollar ekvivalentində var-dövlətə sahib olardı.

Xəbərlər

Tatarıstan Azərbaycanda yeni zavod açır

Tatarıstan Azərbayca...

access_time19 saat əvvəl
Türkiyədə deputatın oğlu qayaya çırpılaraq öldü

Türkiyədə deputatın ...

access_time1 gün əvvəl
Türkiyə ordusu 673 terrorçunu zərərləşdirdi

Türkiyə ordusu 673 t...

access_time1 gün əvvəl
zoom_in zoom_out