263 min nəfər kredit kompensasiyası alıb

263 min nəfər kredit kompensasiyası alıb

263 min nəfər kredit kompensasiyası alıb

person access_time 1 həftə əvvəl
thumb_up 432 thumb_down 7 visibility3665

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin 2019-cu il 28 fevral tarixli fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, mayın 13-dək 506 min vətəndaşımıza ödənişlər təmin edilib ki, bu da planın 84 faizinin icra olunduğunu göstərir.

Kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib, 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

Eyni zamanda, Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə başlanılıb. Bundan sonra vətəndaşlar Apellyasiya Komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır..metbuat

Xəbərlər

Palata büdcəyə 6 milyondan çox vəsait qaytarıb

Palata büdcəyə 6 mil...

access_time18 saat əvvəl
Manatın məzənnəsi sabit qaldı

Manatın məzənnəsi sa...

access_time22 saat əvvəl
Ölkədə qızıl və gümüş ucuzlaşdı

Ölkədə qızıl və gümü...

access_time2 gün əvvəl
zoom_in zoom_out