Azərbaycanlı tennisçi finalda amerikalı rəqibini məğlub etdi - FOTOLAR

Azərbaycanlı tennisçi finalda amerikalı rəqibini məğlub etdi - FOTOLAR

Azərbaycanlı tennisçi finalda amerikalı rəqibini məğlub etdi - FOTOLAR

person access_time 2 ay əvvəl
thumb_up 546 thumb_down 14 visibility3477

29 aprel - 13 may tarixlərində Bakı Tennis Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq reytinqli tennis turniri keçirilib.

Hürriyət Azərbaycan xəbər verir ki, 32 idmançının iştirak etdiyi turnirin qalibi həmyerlimiz Kənan Qasımov olub.

14 yaşlı tennisçimiz rusiyalı, ukraynalı və qazaxıstanlı yaşıdlarına qalib gələrək finala yüksəlib. Finalda amerikalı Stefan Joromski ilə qarşılaşan Kənan bu görüşdə də qələbə qazanaraq turnirin qalibi olub.

Tennis üzrə 10 qat Azərbaycan çempionu Tələt Rəhimovun tələbəsi olan Kənan Qasımov daha əvvəl Azərbaycan və Bakı birinciliyinin qalibi olub. O saytımıza açıqlamasında yarışla bağlı təəssüratlarını bölüşüb: "Yarış gərgin keçdi. Ötən həftə keçirilən beynəlxalq turnirin yarımfinal görüşündə zədə almışdım. Buna baxmayaraq, bu turnirdən əvvəl qarşıma məqsəd qoydum ki, birinci olacağam. Qalib gəldiyim üçün çox sevinirəm. Çalışacağam ki, başqa ölkələrdə keçirilən yarışlarda da bu nəticəni təkrarlayım. Hazırda qarşıma qoyduğum məqsəd yaşıdlarım arasında reytinqimi yüksəldərək "100-lüy"ə, daha sonra "Top 50"yə daxil olmaqdır. Gələcəkdə isə Roje Federer kimi məşhur tennisçi olmaq, "Australian Open", "Wimbledon" kimi tunirlərdə ölkəmizi təmsil etmək istəyirəm".

Image may contain: 1 person, standing and outdoor

Xəbərlər

"Qarabağ"in yeni tra...

access_time18 saat əvvəl
FİFA-dan sərt QƏRAR

FİFA-dan sərt QƏRAR...

access_time3 gün əvvəl
Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu kary...

access_time4 gün əvvəl
zoom_in zoom_out