Cəlilabadda polislə narkotacirlər arasında atışma

Cəlilabadda polislə narkotacirlər arasında atışma

Cəlilabadda polislə narkotacirlər arasında atışma

person access_time 1 il əvvəl
thumb_up 654 thumb_down 8 visibility5780

Cəlilabadda polislə narkotacirlər arasında atışma olub.

Hürriyət Azərbaycan xəbər verir ki, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.

Məlumata görə, polis əməkdaşları içərisində narkotik vasitələr satan şəxslərin olduğu “Hyundai” markalı avtomobili saxlayıb.

Saxlanılarkən maşının sürücüsü tabesizlik göstərərək polisin xidməti BMW markalı avtomobilinin güzgüsünü sındırıb. Bu zaman polis əməkdaşları havaya xəbərdarlıq atəşi açıb. Nəticədə avtomobil saxlanılıb və orada olan Şərur rayon sakini Mirkərim Seyidov, Yardımlı rayon sakini Tərlan Behbudov, Şəmkir rayon sakini Rəşаd Sadıqov və Bakı şəhər sakini Anar Məmmədov tutulublar. Onlardan heroin götürülüb.

Polisin əməliyyatı zamanı havaya atəş açılarkən yaxınlıqdakı digər “Hyundai” markalı avtomobildə olan naməlum şəxs atəş açaraq maşını sürərək uzaqlaşıb.

Şiraslan adlı həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs atəşin ona tərəf açıldığını düşünərək üzərindəki silahdan havaya bir neçə dəfə atəş açıb və maşını sürərək hadisə yerini tərk edib. O, bir qədər irəlidə avtomobili aşırıb.

Faktla bağlı araşdırma aparılır./Report/

 

Xəbərlər

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb

Qubada avtomobil dər...

access_time2 gün əvvəl
Sabirabadda birmərtəbəli ev yanıb

Sabirabadda birmərtə...

access_time3 gün əvvəl
Qəbələdə ev yanıb

Qəbələdə ev yanıb...

access_time4 gün əvvəl
zoom_in zoom_out