Azərbaycanlı Diaspora sədri Karate üzrə dünya çempionu oldu.

Azərbaycanlı Diaspora sədri Karate üzrə dünya çempionu oldu.

Azərbaycanlı Diaspora sədri Karate üzrə dünya çempionu oldu.

person access_time 2 ay əvvəl
thumb_up 248 thumb_down 9 visibility4697

Azərbaycanlı Diaspora sədri Karate üzrə dünya çempionu oldu.

02-06.05.2019 tarixlərində Ukrayna Respublikasının Xarkov şəhərində 32 ölkənin iştirakı ilə  Kempo-Karate və Kobudo növləri üzrə növbəti dünya çempionatı keçrildi.

Xatırladaq ki Avstriyada yaşayan həmyerlimiz Fərid Əzizov  Avstriya respublikasında Avstriya Azərbaycanlıları Diasporasının sədri vəzifəsini icra edir.

Fərid Əzizov mayın 2-dən 6-dək Ukraynanın Xarkov şəhərində keçirilmiş kempo-karate və kabudo növləri üzrə kişilər arasında açıq dünya çempionatında iştirak edib.32 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında idmançımız 3 növ üzrə tatamiyə çıxıb. Kişilər arasında kempo-karate növü üzrə 80+ çəki dərəcəsində döyüşən F. Əzizov Ukrayna, Konqo, Macarıstan və Kanadanı təmsil edən rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib, bu növ üzrə dünya kuboku və dünya kəmərinin sahibi olub.Fərid Əzizov, həmçinin kabudo növləri üzrə 18+ yaş dərəcəsində özünümüdafiə və tərk-silahdan 1-ci yerin sahibi olub.Kempo-karate növlərinin kata mərhələsində 18+ yaş kateqoriyasında öz gücünü sınayan idmançımız 3-cü yerdə qərarlaşıb.Beləliklə, Diaspora sədri olan Fərid Əzizov  beynəlxalq turnirdə aktivinə iki qızıl və bir bürünc medal daxil edib.

Xəbərlər

Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağ...

access_time5 dəqiqə əvvəl
Bakıda bu şirniyyat sexinin fəaliyyəti dayandırıldı

Bakıda bu şirniyyat ...

access_time8 dəqiqə əvvəl
Bakıda əsas prospektdə qəza - Yolda tıxac yarandı - FOTO

Bakıda əsas prospekt...

access_time1 saat əvvəl
zoom_in zoom_out