Ankara-Bakı qatarına bilet qiymətləri məlum oldu - 96 - 220 AZN

Ankara-Bakı qatarına bilet qiymətləri məlum oldu - 96 - 220 AZN

Ankara-Bakı qatarına bilet qiymətləri məlum oldu - 96 - 220 AZN

person access_time 1 il əvvəl
thumb_up 546 thumb_down 9 visibility4555

Ankara-Bakı qatarının avqust ayında səfərlərə başlayacağı məlum olub. Hürriyət Azərbaycan xəbər verir ki, bu barədə tr.railturkey.org saytı məlumat yayıb. Bildirilir ki, "Azərbaycan Dəmir Yolları" bu marşrut üzrə "Stadler" şirkətindən aldığı qatarları reysə buraxacaq. İlkin mərhələdə həftədə bir dəfə səfər həyata keçiriləcək.Bir müddət öncə Ankara-Bakı səfərinin müddətinin 38 saat olacağı elan edilmişdi. Bu günə qədər yük qatarlarının təcrübəsi və sərhəd keçidini nəzərə alaraq bu vaxtın 40 saatdan çox olacağı güman edilir.Kupelərin tipindən asılı olaraq qatar biletlərinin qiyməti 96 - 220 AZN arasında olacaq. Bu qiymət avtobus qiymətindən baha, təyyarə qiymətindən ucuzdur.Qatarda 53 ekonom kupe var. Bu kupelərdə 4 çarpayı var. Kupelərdə olanlar vaqonda duş və iki tualetdən istifadə edə biləcək.Qatarda biznes klass kupelər də mövcuddur. Bununla yanaşı, qatarda yemək də veriləcək. 246 sərnişin eyni zamanda səyahət edə biləcəyi qatarın yemək vaqonu 28 nəfərlik tutuma malikdir.

Xəbərlər

“Brent” neftinin qiyməti 38 dolları ötdü

“Brent” neftinin qiy...

access_time1 gün əvvəl
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir

Dünya birjalarında n...

access_time3 gün əvvəl
Neft qiymətləri bahalaşır

Neft qiymətləri baha...

access_time6 gün əvvəl
zoom_in zoom_out