Azərbaycanlı qız yanan təyyarədən möcüzə nəticəsində sağ qurtuldu

Azərbaycanlı qız yanan təyyarədən möcüzə nəticəsində sağ qurtuldu

Azərbaycanlı qız yanan təyyarədən möcüzə nəticəsində sağ qurtuldu

person access_time 2 həftə əvvəl
thumb_up 342 thumb_down 7 visibility3498

 

Ötən gün Moskvanın Şeremetyevo hava limanında faicə baş verib. "Aeroflot" şirkətinə məxsus SSJ-100 təyyarəsi Moskvadan Murmanska uçurdu, lakin bir neçə dəqiqə sonra təyyarə təcili eniş etməyə başlayıb, bu zaman isə alovlanıb. Göyərtədə olan 78 nəfərdən 41-i ölüb.Xoşbxətlikdən bəzi insanlar son anda faciədən xilas ola biliblər. Belə sərnişinlərdən biri azərbaycanlı Fəridə Ruslanovadır. O hadisə barədə Day.Az saytına danışıb."Mən kredit və sığorta sahəsində işləyirəm. İşimlə əlaqədar mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram. İşdə mənə Murmanska getməyi təklif etdilər - mən razılaşdım", - Ruslanova danışır.Gənc qızın sözlərinə görə, o, artıq bilet almışdı və uçmağa hazırlaşırdı, lakin son anda planlar dəyişib."Gözlənilmədən Moskvaya atam gəldi, o başqa şəhərdə işləyir, ildə bir dəfə gəlir. Heç kimə deməmişdi, sürpriz edirdi. Mən komandirovkadan imtina etmək məcburiyyətində qaldım, əvəzimə iş yoldaşım getdi. Hazırda o reanimasiyadadır. Zəhərlənib və yanıq yaraları alıb", - Fəridə deyir.F.Ruslanova qeyd edir ki, faciədən xəbər tutandan sonra qorxu içində yaşayır."İş yoldaşıma təyyarədən çıxmağa imkan vermirdilər. O, orada insanlara görə ölə bilərdi - onlar öz baqajlarını çıxarmaq istəyirdilər. Onu göyərtədən ekipaj üzvü Moiseyev itələyib çıxardı. Çox təəssüf edirəm ki, Moiseyev özü orada ölüb", - Fəridə bildirib. (Buta.media)

Xəbərlər

Nazir polkovniki vəzifəsindən azad etdi

Nazir polkovniki vəz...

access_time15 saat əvvəl
Fərqinə Var!

Fərqinə Var!...

access_time1 gün əvvəl
Babək prospektində yol çökdü - SƏBƏB

Babək prospektində y...

access_time2 gün əvvəl
zoom_in zoom_out