İŞİD liderinin 5 il sonra ilk videosu yayıldı - Məğlubiyyətini etiraf etdi - - FOTOLAR

   İŞİD liderinin 5 il sonra ilk videosu yayıldı - Məğlubiyyətini etiraf etdi -

İŞİD liderinin 5 il sonra ilk videosu yayıldı - Məğlubiyyətini etiraf etdi - - FOTOLAR

person access_time 3 həftə əvvəl
thumb_up 657 thumb_down 13 visibility6666

İŞİD terror qruplaşmasının kütləvi informasiya vasitəsi olan “Əl-Furqan Media” qruplaşma lideri Əbubəkr əl-Bağdadinin olduğu video yayıb.

Hürriyət Azərbaycan “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə internetdə cihadçıların paylaşımlarını izləyən "SITE Intelligence Group” təşkilatı özünün tvitter hesabında məlumat verib.  

Təşkilatın direktoru bildirib ki, 2014-cü ilin iyulundan bəri ilk dəfədir ki, İŞİD Əl-Bağdadinin olduğu video paylaşıb. 

Yeni videoda Bağdadi rahat şəraitdə üzləri gizlədilən şəxslərlə “xaçpərəstlər”ə qarşı müharibə və Suriyanın Deyr əz-Zər əyalətinin Baquz şəhərindəki hərbi əməliyyatları müzakirə edir. O, İŞİD-ə məxsus son ərazi olan Baquz üzərindəki məğlubiyyətlərini etiraf edir. 

Qeyd edək ki, ABŞ həmin şəhərin cari ilin martında azad edildiyini elan etmişdi. Bu isə videonun yaxın zamanlarda lentə alındığını göstərir.

Bağdadinin saqqalının artıq kürən rəngdə olması da diqqətdən qaçmır. Bununla da, İraqın “Al-Araby al-Jadeed” qəzetinin İŞİD liderinin imicini dəyişməsi ilə bağlı yazdığı xəbəri təsdiqini tapmış oldu. 

Xəbərlər

Dünya tarixində ən varlı insanın adı açıqlanıb

Dünya tarixində ən v...

access_time22 saat əvvəl
İraq İsraildən təzminat tələb etdi

İraq İsraildən təzmi...

access_time1 gün əvvəl
Prezident seçkiləri qanla bitdi – 6 ölü, 200 yaralı

Prezident seçkiləri ...

access_time1 gün əvvəl
zoom_in zoom_out