“Eurovision-2019″da Azərbaycandan olan səsverməni Faiq Ağayev elan edəcək

“Eurovision-2019″da Azərbaycandan olan səsverməni Faiq Ağayev elan edəcək

“Eurovision-2019″da Azərbaycandan olan səsverməni Faiq Ağayev elan edəcək

person access_time 3 həftə əvvəl
thumb_up 546 thumb_down 8 visibility6670

İctimai Televiziya və Radio Yayımları Şirkəti Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

İTV-dən verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri xalq artisti Faiq Ağayev elan edəcək.

Faiq Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.

Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.

Şüarı “Arzulamağa cürət et” (Dare to Dream) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə müğənni-bəstəkar Murad Arif olacaq.

Xəbərlər

Ancelina Coli Bred Pitlə barışdı

Ancelina Coli Bred P...

access_time22 saat əvvəl
Aktyor həyat yoldaşını məhkəməyə verdi –

Aktyor həyat yoldaşı...

access_time22 saat əvvəl
Qəfil ölən aparıcı barədə: “Başına döyüb ağlayırdı”

Qəfil ölən aparıcı b...

access_time2 gün əvvəl
zoom_in zoom_out