“Gürcüstana həddini bildirmək lazımdır” – Deputatdan sərt ÇAĞIRIŞ

“Gürcüstana həddini bildirmək lazımdır” – Deputatdan sərt ÇAĞIRIŞ

“Gürcüstana həddini bildirmək lazımdır” – Deputatdan sərt ÇAĞIRIŞ

person access_time 1 il əvvəl
thumb_up 587 thumb_down 13 visibility3628

“İqtisadiyyatı Azərbaycanın hesabına sabit qalan bir ölkəyə yerini göstərməliyik”.

Bu fikirləri açıqlamasında Gürcüstanda son günlər ermənilər tərəfindən Azərbaycan əleyhinə aksiyalarin keçirilməsi və gürcü polisinin azərbaycanlılara qarşı repressiv addımlar atmasına münasibət bildirən Milli Məclisin deputatı Araz Əlizadə deyib.

Başa çatmaqda olan həftə ərzində diqqəti cəlb edən əsas hadisələr sırasında Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığının ruhuna zidd davranışları da var.

O çərçivədə ermənilərin qondarma “soyqırımı” günündə Azərbaycan və Türkiyə əleyhinə davamlı aksiyalar keçirmələri, həmin tədbirlərdə Dağlıq Qarabağ separatçılarının “bayrağının” qaldırılması xüsusi qeyd olunmalıdır.

Bu azmış kimi, iki gün əvvəl Gürcüstan polisi heç bir səbəb olmadan 3 azərbaycanlını – Marneuli rayonu Təkəli kənd sakinləri Musa Namazov, Namaz Namazov və Elçin Aslanovu saxlayıblar, onları milli zəmində təhqir etdikdən sonra bölməyə aparıblar. Daha sonra isə onlar barəsində “polisə müqavimət göstərmək” ittihamı ilə cinayət işi açıblar.

Göründüyü kimi, bu ilin yanvarında erməni terrorçusuna ucaldılmış abidənin açılışından keçən müddətdə Gürcüstan Azərbaycana münasibətdə yol verdiyi yanlışlıqları aradan qaldırmaq əvəzinə, münasibətləri gərginləşdirən addımlarını davam etdirməkdədir.

Özünü Azərbaycanla tərəfdaş deyil, işğalçı Ermənistanla müttəfiq kimi aparan Gürcüstanın bu davranışlarını Yenicag.az-a dəyərləndirən deputat Araz Əlizadə rəsmi Tiflisə qarşı sərt addımlar atmağa çağırıb:“Bu halların bir neçə dəfə təkrarlanması da göstərir ki, Azərbaycan Gürcüstanın bu addımlarına sərt cavab verməlidir. Əks halda, onlar daha da irəli getməyə cəhd göstərəcəklər.

Hər şeyi qoyuram kənara, Gürcüstan iqtisadiyyatı Azərbaycan investisiyalarının, Azərbaycanın enerji və nəqliyyat layihələrinin, tranzit ödəmələrinin hesabına sabit qala bilir. Azərbaycan o “nəfəsliyi” bağlasa, Gürcüstanın hansı vəziyyətə düşəcəyi məlumdur.

Hesab edirəm ki, Gürcüstana qəti surətdə həddini bildirmək lazımdır. Mövcudluğu həm də Azərbaycandan asılı olan o ölkəyə yerini göstərməliyik”..yenicag

Xəbərlər

Zelenski Azərbaycan xalqını təbrik etdi

Zelenski Azərbaycan ...

access_time4 gün əvvəl
Zelenski İlham Əliyevə məktub göndərdi

Zelenski İlham Əliye...

access_time4 gün əvvəl
İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldular - FOTO

İlham Əliyev və Mehr...

access_time6 gün əvvəl
zoom_in zoom_out